adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyun 2020 16:26
8582
GÜNDƏM
A- A+

Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib

2020-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 6 milyard 400,4 milyon manat olub.

Adalet.az-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 3 milyard 314,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,0 faiz azalaraq 3 milyard 085,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 31,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.