adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Iyun 2020 16:11
11861
DÜNYA
A- A+

26 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb

Bu gün daha 26 Qazaxıstan vətəndaşı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-1” bərə gəmisi ilə öz ölkələrinə yola salınıblar.

Bakı Limanından Adalet.az-a verilən məlumata görə, adı çəkilən ölkədə yaşamaq hüququ olan 11 həmvətənimiz də Kurık limanına yola düşüblər. Yola salınan sərnişinlər ilk olaraq Bakı Limanında koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Bugünədək ümumilikdə 53 Qazaxıstan vətəndaşı Bakı Limanından yola salınıb.