adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyun 2020 15:40
6716
HADİSƏ
A- A+

ABŞ-da etirazlar zamanı 9 mindən çox şəxs saxlanılıb

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkə ərazisində başlayan etiraz aksiyaları zamanı 9,3 min nəfər saxlanılıb.

Adalet.az-ın məlumatına görə, bu göstəriciyə görə Los-Anceles şəhəri liderlik edir. Burada 2,7 minə yaxın etirazçı saxlanılıb.

Nyu-Yorkda bu rəqəm 1,5 minə yaxın olub. Bundan başqa, Dallas, Hyuston və Filadelfiya şəhərlərinin hər birində yüzlərlə şəxs saxlanılıb.

Aksiyaların qarşısının alınması üçün 28 ştatda və Vaşinqtonda Milli Qvardiyanın 20 mindən çox əsgəri cəlb edilib.

ABŞ-ın 40-a yaxın şəhərində komendant saatı tətbiq edilib.