adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Iyun 2020 15:29
11752
DÜNYA
A- A+

Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.

Adalet.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 8 536 nəfər virusa yoluxub, 178 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 432 277 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 215 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 195 957 nəfər virusdan sağalıb, 231 105 nəfərin müalicəsi isə davam edir.