adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyun 2020 15:23
8903
GÜNDƏM
A- A+

ÜST: Koronavirusun ikinci dalğası qaçılmaz deyil

Koronavirus infeksiyasının ikinci dalğası qaçılmaz deyil, preventiv tədbirlər qəbul etməklə bundan yan keçmək mümkündür.

Adalet.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge videokonfrans zamanı deyib.

O bildirib ki, daha çox ölkə pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətləri götürməyə başlayıb və bu, ikinci dalğa təhlükəsini yaradır:

"Zəruri tədbirlər görülməsə, ikinci dalğa başlaya bilər və bu, daha dağıdıcı ola bilər. Amma yaxşı xəbər odur ki, biz birinci dalğa zamanı çox şey öyrəndik. İkinci dalğa yaransa, biz daha çox hazır olacağıq”.

H.Klüge bildirib ki, məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmaq və vəziyyəti daim nəzarətdə saxlamaq tövsiyə olunur.