adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Iyun 2020 09:58
36934
GÜNDƏM
A- A+

İran və Azərbaycan münasibətlərinə real baxış: Körpü məsələsi...

əvəlli burda

Ötən yazımızda son 50 ildə İranın Azərbaycana olan münasibətini tutarlı dəlillərlə göstərməyə calışdıq. İranın gizli məqsədlərini və aşkar münasibətini ictimaiyyətimizə catdırdıq deyə bilərik. İndi isə son günlər daha aydın görünən İrana məxsus , amma müsəlmancılığa əks olan həyasızlaşmış addımlarından da söhbət acacağıq.

Məsələ belə başladı... 

Ermənilər tərəfindən İranın Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən video yayıldı. Qarabağda yaşayan erməni fəal bunu kəskin tənqid də etdi.Yaydığı videoda erməni bildirdi ki, hazırda İrandan gələn yanacaq TIR-ları Xankəndidədir:

"Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur…”

O, koronavirusun artıq Xankəndidə olduğunu və bunun qəsdən yayıldığını deyib. Daha sonra o, separatçı və terrorçu Saakyan və onun komandası əleyhinə ittihamlar səsləndirdi.

Həmin video bir cox gizlinləri ortaya qoydu. Azərbaycan üçün diqqətçəkən məhz İran TIR-larının separatçılara ucuz yanacaq daşımasını əks etdirən faktlar və o TIRların rahat şəkildə Azərbaycana məxsus ərazilərdə Beynəlxalq konvensiyaların qanunlarının pozulması halı idi. Yaxşı, bəs onda, bu


TIR kolonu Qarabağda- Xankəndində hardan peyda oldu?

Fakt Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb oldu. Sosial şəbəkələr, xüsusən, müstəqil mətbuat və internet TV-lər bu hadisə ilə bağlı dövlət və hökümət yetkililərindən hesabat tələb etdi.


Həmin an gözlər İranın Azərbaycandakı səfirliyinə tərəf yönəldi. Səfirlikdən bildirildi ki, yayılan görüntülər həqiqəti əks etdirmir: "Azərbaycan Respublikasının hörmətli xalqının diqqətinə çatdırırıq ki, bizim dövlət Azərbaycanın işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışmışlar. Göründüyü kimi sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır”.

Hətta səfirlik "yalan xəbər” yayan jurnalistləri də yüngülvari qınamağı da unutmadı.

Bu yerdə politoloq Elçin Mirzəbəylinin: "Azərbaycanda heç kim çörəyi qulağına yemədiyi üçün, eşitdiklərini və gördüklərini təhlil edərək nəticə çıxarmağı bacarır " deyimi səfirliyə ən yaxşı cavab idi. Politoloq etirazlara dəstək olaraq bildirir:"Ermənilər öz yurdlarından didərgin düşən azərbaycanlıların evlərini yağmalayıb, pəncərə-qapısını, daşını İrana satanda yük maşınları hansı ərazidən keçirdilər? Əlbəttə, Zəngilan və Cəbrayıl ərazisindən. İran maşınları isə Meğri dəhlizi, Qafan və Gorusdan keçərək, daha rahat şəkildə Qarabağa, Xankəndinə yük daşıyırdılar, elə indi də daşıyırlar. O dəhlizdən ki, Ermənistan prezidentləri Ter-Petrosyan və Robert Köçəryan onu müharibə illərində ölkələri üçün "həyat yolu” adlandırırdılar. Bütün bunları da qoyaq bir kənara: Şuşa şəhərindəki Gövhər Ağa məscidinin İran vətəndaşlarının iştirakı ilə bərpa olunduğu və tarixinin saxtalaşdırıldığı kimsəyə sirr deyil. O cümlədən məscidin bərpasında iştirak edən İran vətəndaşlarının da... Əgər həmin şəxslər Azərbaycanın qanuni ərazilərinə qanunsuz yolla getmişdilərsə və orada qanunsuz əməllərlə məşğul olmuşdularsa, o zaman İran rejimi nə üçün həmin şəxsləri cəzalandırmadı və bu barədə Azərbaycan tərəfini, həmçinin öz ölkəsinin vətəndaşlarını məlumatlandırmadı. Bəs bundan öncə, 1996-99-cu illərdə tarixi Azərbaycan torpağı olan İrəvanda yerləşən və 1764-1768-ci illərdə azərbaycanlıların inşa etdiyi Göy Məscid hansı dövlətin maliyyə dəstəyi ilə bərpa edilmişdi? Əlbəttə ki, İranın”


İrandan "açıqlama həmləsi”


Bu tipli reaksiyalarla üzləşən və yalanın yeriməyəcəyini düşünən İran daha açıq hucuma keçdi və mediada səsləndirilən iddialara qismən cavab verməyə "nail oldu”

-İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədə iddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir.

Səfirliyin Mətbuat katibliyinin açıqlamasına görə, həmin 3 körpü isə gizli tikilməyib və İran tərəfi onları "DQR”-na yox, Azərbaycan Respublikası ərazisinə çəkib.

Nəticə: Biz Qarabağa çəkdiyimiz körpüləri Azərbaycan Respublikasının icazəsi ilə tikmişik...

Azərbaycan ictimaiyyətinə yeni "ip ucu”...

"Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həqiqətən də Xudafərin SES-in inşası ilə əlaqədar İran İslam Respublikası və Azərbaycan Respublikası arasında rəsmi saziş bağlanıb. 2016-cı ildə bağlanan sazişdə "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi nəzərdə tutulub. Sazişdə həmçinin bir-birini tamamlayan iki körpününün tikilməsi ilə əlaqədar maddə də var. Bu barədə AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında da xəbər verilir. Xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar”. ( Ovqat.com)

Rəsmi açıqlama yoxsa, söz yığını?

Xarici İşlər nazirinin müavini Xələf Xələfov dövlət rəsmisi olaraq uzun-uzadı bir açıqlama verdi və xeyli danışdı, (məhz jurnalistlərin araşdırmalarından sonra) Amma o açıqlamanın yetərli olmadığı məlumdur. Hətta "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu açıqlamasında qeyd etdi ki, Xələf Xələfovun İranın işğal atındakı ərazilərə körpü çəkməsiylə əlaqəli izahı məsələyə aydınlıq gətirmədi:” Tehran deyir ki, İranla Dağlıq Qarabağ arasında körpünün tikintisinə Azərbaycan tərəfi icazə verib və bununla bağlı müvafiq saziş var. Sual olunur: Biz belə bir körpünün tikintisinə niyə icazə vermişik? Bir tərəfdən həyəcan təbili çalırıq ki, İrandan erməni separatçılarına yük daşınır və yüklərin daşındığı körpünün şəkillərini paylaşırıq, o biri tərəfdən də öyrənirik ki, həmin körpü sən demə Azərbaycan hökumətinin icazəsiylə tikilib. Xələf Xələfov da deyir ki, körpünün tikintisinə "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. Bu stansiyaların tikintisinin körpüyə nə dəxli var? Həmin sazişə imza atanlardan biri keçmiş iqtisadi inkişaf naziri Şahin Mustafayevdir. O, bu körpünün tikintisinə izahat verməlidir” .

XİN rəsmisi yekun olaraq yenə də öz bildiyini dedi: "İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”.


Saziş imzalanıb !

Millət vəkili Fazil Mustafa XİN rəsmisindən daha ürəkli tərpənərək İranın riyakarlıq etdiyini dolayısı ilə təsdiqlədi və qeyd etdi ki, İran özbaşına, Azərbaycanın razılığı olmadan Araz çayının işğal olunmuş ərazilərə aid hissəsində su bəndinin 2000-ci illərin əvvəllərindən tikintisinə başlayıb:

"Azərbaycan buna etiraz edərək hüquqi cəhətdən bunun Azərbaycanla birlikdə edilməsinin vacibliyini tələb etdikdən və uzunmüddətli müzakirələrdən sonra Bakının tələbləri qəbul olunaraq saziş imzalanıb. Burada cəmiyyətdə geniş müzakirə mövzusu olan yol və körpü məsələsi ilə bağlı hər hansı bir razılaşma yoxdur. Orada çəkilən körpü yalnız hidroqovşaq və su elektrik stansiyalarına texniki xidmət üçün istismar oluna bilər. Sazişdə hər hansı daşıma, gediş-gəliş üçün körpü və ya yol barədə müddəa yoxdur.

Əsas məqam da buradadır ki, bu sazişə dəxli olmadan İran tərəfi beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın ərazi bötüvlüyünə hörmətsizlik göstərərək yalnız bu ərazilərdən deyil, digər işğal olunmuş ərazilərdən də burada məskunlaşmış erməni terrorçularına dəstək verir.

Adıçəkilən Saziş əslində bizə imkan verir ki, İranın bu sənəddən kənara çıxan davranışları ilə bağlı iddialarımızı ortaya qoyaq”.

Bir nüansı da xatırladaq: 

- Prezident İlham Əliyevin tapşırığıyla FHN İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yardım göndərib. Məlumata görə, 25 yük maşınından ibarət yardım karvanı FHN-nin Mülki Müdafiə Qoşunlarının Bakıdakı bazasından İrana yola düşüb. MİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, karvanında müxtəlif ərzaq məhsulları (içməli su, meyvə şirələri, bitki yağları, düyü, makaron, zeytun və digər zəruri ərzaq məhsulları), həmçinin un, 460 çadır və 1000 ədəd yataq dəsti yola salınıb. (13 avqust 2012)

-Azərbaycan hökuməti İran İslam Respublikasına 950 min manatlıq humanitar yardım göndərib. Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə jurnalistlərə bildirib ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller", "Komatsu" markalı iki ədəd ekskavator daxildir. Yardım karvanı 15 avtomobildən ibarətdir. ( Aprel 2019)



-Azərbaycan koronavirusla mübarizədə İrana 5 milyon dollar yardım göstərdi. ( 7 mart 2020)

-Aprelin 7-də Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub. Bu barədə Heydər Əliyev Mərkəzindən məlumat verilib. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Bu da İranın "qanacağı"

Ermənistanda yüzlərlə İran şirkəti fəaliyyət göstərir . Bankda olan qeydiyyatlara görə, bunlar "Mona Qrup" (Rəhmani, Rəşidi, Azərban Həddad), "Kankar"(Seyid Nur Eyni), "Şərifli" (Rza Şərifi), "Süleymani" (İzzət Süleymanpur), "Arya Filiz Nab" (Rəsul Ənzari), Araz Mühacir Ticarət" (Kazım Səfərzadə), "Aftab" (Əzimi Əhmədpur), "Arazfud" (Cavad və Məhəmməd Bimeqdar), "Nüsrəti" (Rza Nüsrəti), "Pəyan-e Saderat" (Davud Cokar), "Vasif" (Məhəmməd Cəfərpur Vasif), "Firuznejat" (Əhməd Firuznejat), "Nəcəfzadə" (Nəcəfzadə), "Kaimifa" (Əbülfəz Mətləbzadə), "Turac" (Məhəmmədhüseyin Yusifzadə), "Armen" (Əli Qüdrəti), "Ava" (Vahik Ohancanyan), "Kraun" (Hamu Davudi), "Şölə" (Seyidəli Hüseyni), "Suas" (Hüseyn Şadi), "AMO Kimya" (Nadir İrani, Vəhid Nəhavəndiyar), "Nahid" (Möhsüm Fərşbaf), "Səba Saha" (Rza Nafəzi), "Petrocəm" (Cəlil Heydəri), "Derəxşan" (İsmayıl İbrahimi), "Şahsuvari" (Rza Şahsuvari), "İzorof" (Təhmuraz İmani), "Rizşin" (Əli Əzhəri), "Elivoud" (Hüseyn Şeybani), "Tirkaran" (Məhəmməd Ənsari), "Mələki" (Hüseyn Mələki), "Luba" (Əli Azad Əfruz), "Nardino" (Siyamək Boləndi), "Kultrom" (Səda Allahverdiyan), "Şadan" (Şəhruz Hüseyni), "Sunesar" (Nasir Ətayi), "Suzan" (Behruz Caznəgu), "Növcavan qardaşları" (Cavad Növcavan), "Tatyo" (Arlen Davudyan), "Şahinans" (Vahik Şahinans), "Roberto" (Rubik Minasyan), "Arbi" (Varuj Ayvazyan), "Şahbaz" (Məhəmmədrza Baqeri), "Kyudot" (Rəhim Ali), "Ambret" (Pərviz Nüsrəti), "Bir" (Hadi Purradi Gərgəri), "Kondal" (Əsğər Fədai), "Aypeks Nur" (Əfşin Nəsiri), "Miyad" (Yunes Rezayi Əqdəm), "Paknam" (İsa İmami), "Marlik" (Əli Nəsirli Livarcani), "Şahab Səhənd" (Cavad Rəhimi Namdar), "Ərcümənd" (Əlirza Ərcümənd), "Livarcan" (Möhsün Cənabiyye), "Silis Şen" (Seyid Əbülfəz Səlili), "Minamesa" (Məhəmməd Eslami), "Nadir" (Nadir Kərimiyan Siyahrud), "Rand" (Rəhman Behruzi), "Trakliyan" (Həmid Xorrəmi), "Didar" (Əlirza Həlimi Təbrizi), "General Oil" (İbrahim Dadaşi Fərxəndi), "Aştarak" (Məhəmməd Əli Əsğəri), "Necati" (Yusif Necati), "Alişan" (Serjik), "Hadi" (Rza Hadi), "Zakeri" (Mənuçehr Zakeri), "Apada" (Əlirza Firuzməndi), "Olaks" (Yusif Çaleş), "Alfapetrolium" (Harut Aslanyan), "Sanir" (Katuziyan), "Biga" (Jerj Qədimi), "Arm Oil" (Hernik Darqukasyan), "Motoşop" (Rafiq Qarqusyan), "Raymond" (Raymond Tarverdiyan), "Harmik motor" (Harmin Manaseryan), "Şin Ezgim" (Əmir Əzhəri), "Əndişeyi İraniyan" (Əli Əlicanduxt), "Tun tun" (Serj Əmirxanyan), "Zöhrabyan" (Zöhrabyan qardaşları) və "Edko" (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələri olur."

Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfəri zamanı qaldırılan qondarma Qarabağ bayrağına, stadionda "Traktorsazi"nin minlərlə azarkeşlərinin sərt etiraz etdiyini, oyunda Azərbaycan bayrağı və etiraz plakatı qaldıran soydaşlarımızın stadiondan həbs edilməsini bilirsiniz. Həbs edilənlər arasında işgəncəyə məruz qalan soydaşlarımızdan biri də Ehsan adında gəncdir.


Əntiqə Rəşid