adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyun 2020 10:25
28763
ŞOU-BİZNES
A- A+

Nanə İzzətə görə cəzalanıb: "Yaşım yolun yarısı"

"Şou ATV"də aparıcı Nanə Ağamalıyeva növbəti dəfə verlişində maraqlı açıqlama ilə çıxış edib: "İzzətin bir mahnısı var, çox sevirəm o mahnını. İzzətin ifasında o mahnını çox sevmişəm. Bir zaman çox məşhur idi o mahnı "Yaşım yolun yarısı".

Adalet.az xəbər verir ki, bu açıqlamanı "Şou ATV"də aparıcı Nanə Ağamalıyeva edib.

Verilişdə qonaq olan geyim və səs üslubu ilə həmkarlarından seçilən İzzət Bağırov aparıcının sözün dəstək olaraq həmin mahnı ilə bağlı maraqlı bir faktı özünəməxsus şəkildə gülümsəyərək açıqlayıb:

"Onda qoy bir dənə açıqlama verim: Nanə o vaxtlar ATV-də radioda çalışırdı. O mahnını gündə bəlkə bir 10 dəfə verirdi. Axırda ona görə töhmət aldı. Ay qız, bəsdir də. Bir müğənninin mahnısını gündə nə qədər verəcəksən?! Dedim "Nanə, etmə də. Elə bilərlər ki, mən sənə nəsə verirəm".

Əntiqə Rəşid