adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyun 2020 11:42
17337
DÜNYA
A- A+

İĞTİŞAŞLAR ORDUNUN GÜCÜ İLƏ YATIRILACAQ

ABŞ da qaradərili Corc Floydun polis tərəfinfən öldürülməsi ilə bağlı etiraz aksiyaları nəticəsində iğtişaşların gərginliyi pik həddə çatıb. Polisin iğtişaşları yatırmağa gücü çatmır. Pentaqon vəziyyətə nəzarəti ələ götürmək məqsədi ilə paytaxt Vaşinqtonun ətraf rayonuna 1600 hərbiçi yerləşdirib.

Pentaqonun rəsmi nümayəndəsi Conatan Xoffman bildirib ki, ABŞ -ın müdafiə naziri Mark Esperin əmri ilə Şimali Karolina ştatının Ford-Breqqada və Nyu-York ştatıın Fort-Dramadan 1600-ə yaxın hərbiçi Vaşinqton yaxınlığındakı hərbi bazaya yerləşdirilib.

Xoffman qeyd edib ki, hazırda hərbiçilər mülki hakimiyyətin şəhərdə sabitliyi bərpa etməsi məsələlərinə müdaxilə etməsədə, tam hazırlıq vəziyyətinə gətirilib.

ABŞ prezidenti Donald Tramp ölkənin bütün ərazilərində geniş yayılan iğtişaşları ordunun köməyi ilə yatırmaq niyyətindədi. Bununla yanaşı Tramp Ağ Evdəki çıxışında, həmişə dinc nümayişçilərin tərəfində olacağını bəyan edib.

Etiraz nümayişləri isə artıq çoxdan nəzarətdən çıxaraq kütləvi iğtişaşlara çevrilib.

Rüstəm Hacıyev