adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyun 2020 11:39
11540
MƏMLƏKƏT
A- A+

Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır

Ekoloji cəhəddən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

Bu barədə Adalet.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, hər kəs öz velosipedini dayanacaqda ödənişsiz park edə bilər:

"Hal-hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur".