Əbülfət MƏDƏTOĞLU: ÜRƏYİMƏ TƏSƏLLİ ŞEİRİ
Bütün gözəllər içində
Düşündüyüm - bircə Sənsən!
Doğulub mələk biçimdə -
İnandığım pircə , Sənsən -
Ürəyim!
İşığın özü səndədi
Ocağın közü səndədi...
Bəxtini yazan Tanrının,
İnan ki, gözü səndədi -
Ürəyim!..
Nə xoşdu səni sevənə
Ruhuna təni sevənə...
Bir ümid də pardaxlayar ,
Sən dönsənn məni sevənə! -
Ürəyim...