adalet.az header logo
  • Bakı 13°C
02 Iyun 2020 23:37
15651
İDMAN
A- A+

Di Mariya depressiyaya düşüb - "Zombi kimi davranır"

PSJ-nin futbolçusu Anxel Di Mariya koronavirus pandemiyası səbəbindən futboldayaranan fasiləyə görə psixoloji problemlər yaşayır.

Qol.az "French Football News"a istinadən xəbər verir ki,Paris təmsilçisinin həkimi bununla bağlı klub rəhbərliyinə narahatlığını bildirilib. Onun sözlərinə görə, 32 yaşlı oyunçu yuxusuzluqdan əziyyət çəkir və hətta müvəqqəti depressiyaya düşüb. Bundan başqa, Di Mariyanın həyat yoldaşının qohumlarına ərinin zombi kimi davrandığını söylədiyiiddia edilib.

Qeyd edək ki, koronavirus səbəbindən Fransa Liqası erkən dayandırılıb və PSJ çempion elan olunub.