adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Iyun 2020 23:25
10557
MƏMLƏKƏT
A- A+

Bakıda exspres marşrutların fəaliyyəti dayandırıldı

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları04.06.2020-ci iltarixindən dayandırılır.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumatda bildirilir ki, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində "BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Ekspress marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 May tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar, ekspress marşrutlara olan tələbatın kəskin (84%-dək) azalması müşahidə edilıb.

Həmçinin, Agentliyin tələb və tövsiyələrini əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən7sayda ekspres xətlər2 aymüddətində fəaliyyət göstərib. Bu müdddətdə ekspres xətlər üzrə ümumilikdə1 milyon 500minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm həm ekspres xətlər üzrə avtobuslarla30 milyonayaxın sərnişin daşınıb.

İcra olunan daşımalar zamanı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi və digər xoşagəlməz hal yaşanmayıb. Bu işdə əməyi keçən hər kəsə, o cümlədən də daşıyıcılara və sürücülərə təşəkkür edirik.