adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Iyun 2020 21:36
14223
İDMAN
A- A+

"Şalke" "Barselona"nın futbolçusunu almadı

"Şalke" "Barselona"dan qışda icarəyə götürdüyü futbolçu Jan-Kler Todibonu birdəfəlik almamaq qərarına gəlib.

Qol.az "Marca"ya istinadən xəbərə görə, Almaniya təmsilçisi 20 yaşlı müdafiəçi üçün 25 milyon avro ödəmək istəməyib. Klubun onu almaq hüququnun müddətinin mayın 31-i başa çatdığı vurğulanıb.

"Barselona"nın Todibonu başqa kluba satmağa çalışacağı vurğulanıb.

Qeyd edək ki, Todibo "Şalke"də 10 matçda meydana çıxıb.