adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Iyun 2020 21:00
16708
İDMAN
A- A+

Ronaldo fiziki durumu ilə yenə təəccübləndirdi

"Yuventus"da bütün futbolçular fiziki testdən keçiblər.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubunda testin nəticələrinə əsasən, Kriştiano Ronaldonun göstəriciləri məşqçi heyətini təəccübləndirib. 35 yaşlı hücumçu bütün fiziki göstəriciləri karatindən öncə edilən son testdən və mart ayından daha yaxşı vəziyyətdədir.

Qeyd edək ki, Ronaldo "Yuventus"da məşqlərə başlamazdan əvvəl karantin müddətində Madeyrada qalmış və hazırlıqlarına orada davam etmişdi.