adalet.az header logo
  • Bakı 18°C
02 Iyun 2020 19:46
7941
SAĞLAMLIQ
A- A+

ÜST koronavirusun asimptomatik daşıyıcıları ilə bağlı məlumat toplayır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) asimptomatik daşıyıcıların koronavirusun yayılmasında təhlükəli olub-olmadığını müəyyən etmək üçün daha çox məlumata ehtiyacı var.

"RİA Novosti” bu barədə təşkilatın rəsmi təmsilçisi Marqaret Harrisin bu gün keçirdiyi brifinqdəki açıqlamasına istinadla xəbər yayır.

Onun sözlərinə görə, Uhanda olan ÜST missiyası simptomsuz insanların pandemiyanın əhəmiyyətli dərəcədə yayılmasında rol oynamadığını açıqlayıb.

Harris qeyd edib ki, bu məsələ ilə bağlı çox fikir səslənib:

"Biz bütün dünya ilə bağlı informasiyaları genişləndirmək niyyətindəyik”.