adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyun 2020 18:45
14908
DÜNYA
A- A+

Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”

ABŞ COVID-19-la bağlı dərmanların idxalına maneə yaratmaqla 83 milyon iranlının səhhətini girov götürüb.

"Anadolu” agentliyi xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

O, Avropa İttifaqı (Aİ) ölkələrindən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qınamalarını istəyib.

Ruhani bildirib ki, ABŞ vətəndaşları bu yolun özlərinə də faydalı olmayacağını başa düşməlidirlər: "Nüvə razılaşmasının çökməsi hamının zərərinədir”.