adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Iyun 2020 13:52
40241
ƏDƏBİYYAT
A- A+

“Erməni kilsəsi və terror” kitabı nəşr olunub

Siyasielmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” adlı kitabı nəşr olunub.

Kitab "Elm və Təhsil” nəşriyyatında "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin seriyası ilə işıq üzü görüb. Redaktoru tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevdir.

XVIII əsrin əvvəllərindən etibarən Çar Rusiyası Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə edib. Ermənilər də Rusiyanın İran və Türkiyə ilə apardığı müharibələr zamanı işğal etdiyi ərazilərdə sonralar öz dövlətlərini yaratmağa nail olublar. Bu işdə isə onlara açıq-aşkar dəstək verən erməni kilsəsi olub. Təqdim edilən kitab ermənilərin milli kimlik davasından başlayaraq bu gün Ermənistan Respublikasının terror siyasətinə qədərki dövrü əks etdirir.

Emin