adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyun 2020 12:14
46130
ƏDƏBİYYAT
A- A+

Ziyalı ömrü - Rəfiqə Məmmədqızı yazır

Müəllim,-hər birimiz üçün bu ən ali bir sözdür.Türklər müəllimə öyrətmən, hoca, fransızlar metğ, ruslar uçitel, ingilislərsə tiçə deyirlər. Hansı dildə necə deyildiyindən asılı olmayaraq bu sözlərin hamısı bir məna kəsb edir- "İnsanlara elmi öyrədən, həyatı öyrədən parlaq simalı şəxs.” Bu adı daşımaq həm fəxrdir, həm də həddindən artıq məsulliyyət deməkdir.

Filosof Aristotel deyib: "Atam məni yerə endirdi, müəllimim isə göylərə qaldırdı.

"Müəllimin dövləti şagirdləridir, nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbətidir.”Müəllim həm də bağbandır.Bağbanın becərdiyi ağacların meyvəsi insanlara xeyir verir.Müəllimin yetişdirdiyi şagirdlər xalqa, cəmiyyətə beləcə xeyir verir.

Haqqında söhbət açdığımız şəxs uzun müddət Quba rayon Zərdabi qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş Dilarə İbadulla qızı Dehqanidir.

O,1960-cı ilin iyun ayının 6-da Azərbaycanın qədim diyarı Gəncə şəhərində anadan olmuşdur.41 saylı Gəncə şəhər orta məktəbini bitirmişdir.

Humanitar elmlərə xüsusi meyli olan gənc Dilarə Həsənbəy Zərdabi adına Pedoqoji İnstitunun filologiya fakultəsinə daxil olmuşdur. Müvəffəqiyyətlə oranı bitirən Dilarə sevib-seçdiyi Arif bəylə ailə həyatı qurmuşdur.Beləcə o, həyatını Azərbaycanın dilbər guşəsi Quba rayonu ilə bağlamışdır.Həmin ildən Quba rayonu Zərdabi kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır.

İlk gündən qayğıkeşlik, ciddilik və tələbkarlıq özünü göstərdi. Adətən ibtidai sinifdə bir müəllimin dərs keçməsinə adət edən şagirdlər,indi bir neçə müəllimin onlara dərs keçməsinə çətin alışırdılar.Bu mənada şagirdlər üzərindən psixoloji yükü götürmək, ayrı-ayrı fənlərin mənimsənilməsində onlara yardımçı olmaq Dilarə müəllimədən böyük pedoqoji qabiliyyət tələb edirdi.O da bu işin öhtəsindən layiqincə gəldi.

2003-cü ildən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunur.Hazırda gənc nəslin təlim-tərbiyəsi uğrunda həvəslə çalışır.

O,öz işini bilən tələbkar,ciddi müəllim və pedaqoq olmaqla bərabər həm də sadə,qayğıkeş bir insandır.Qəsəbəni, onun adamlarını yaxşı tanıdığından hamıya fərdi yanaşır.Öz səmimiyyəti ilə şagirdlərlə tez bir zamanda ünsiyyət qurmağı bacarır.Dərs dediyi şagirdlərdən,onların valideynlərindən və ya ailə üzvlərindən xəstələnən olanda hökmən onlara baş çəkir,qayğısını,köməyini əsirgəmir.

Dilarə müəllimə zəhmətkeşliyi ilə hamıdan seçilir.Qəsəbənin xeyir-şərində,ictimai işlərdə həmişə öndə olur.Onda əsl ziyalı xüsusiyyətləri var, qəsəbəmizin,məktəbimizin tanınan simalarından biri olmaqla yanaşı, o, həm də gözəl anadır.İki oğlu bir qızı və beş nəvəsi var. Oğlu Ceyhun və qızı Lalə tibb sahəsində çalışırlar.Nail isə başqa sahədə çalışır.Gəlni Elmira onunla bir məktəbdə işləyir.

Bu il Dilarə müəllimin 60 yaşı tamam olur.Ömrünüz uzun, canınız sağ olsun əziz müəllimimiz!Arzu edirik ki, növbəti 80,100 illik yubileylərinizə toplaşaq,insan həyatıtının ən kövrək,ən qayğısız illərini sizinlə birlikdə xatırlayaq.

Rəfiqə Məmmədqızı

Quba, Zərdabi qəsəbə tam orta məktəbinin müəllimi