adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyun 2020 11:25
34205
ŞOU-BİZNES
A- A+

Xanəndəyə ağır itki: “Canım anam”

Yadınızdadırsa, ötən ilin yanvar ayında ARB televiziyası Xalq artisti Könül Xasıyevanın atasının yas mərasimindən reportaj hazırlanmışdı.

ARB televiziyası xalq artisti Könül Xasıyevanın atasının dəfn mərasimində iştirak etmişdi.

"Səhər-səhər” verilişi xanəndənin Şəkidəki evində keçirilən yas mərasiminə gedərkən, həyətdə onları qarşılayan Könül Xasıyeva "atam getdi… can atam” deyə hönkür-hönkür ağlamışdı.

Bu gün isə sevilən xanəndəyə ağır itki üz verib.

Adalet.az xəbər verir ki, onun anası dünyasını dəyişib.



"Nurlar içində yat, canım anam. Allah cənnətdəki yerini peyğəmbər əfəndimizə qonşu eləsin İnşallah. Amin”, - Xasıyeva İnstaqram hesabında yazıb.

Qeyd edək ki, K.Xasıyevanın anası uzun müddət idi ki, yaddaşını itirmişdi.


Əntiqə Rəşid