adalet.az header logo
  • Bakı 13°C
02 Iyun 2020 10:41
13604
DÜNYA
A- A+

ABŞ-da QARŞIDURMA DAVAM EDİR

Afroamerikalı Corc Floydun ölümü ilə bağlı, artıq kütləvi iğtişaşlara çevrilən etiraz aksiyaları nəticəsində Çikaqoda iki nəfər ölüb, ikisidə yaralanıb.

Bu barədə məlumat verən yerli WGNTV telekanalı insidentin Sisero adlanan şəhər ətrafı rayonunda baş verdiyini bildirib.Çikaqo şəhər rəhbərliyinin rəsmi nümayəndəsi Rey Xananiya ölüm faktını təsdiqləyib.

Bundan başqa iğtişaşçılardan 60 nəfərinin həbs edildiyi də bildirilir. Xananiyanın sözlərinə görə etirazçılar arasında başqa yaşayış yerlərindən gələnlərində sayı kifayət qədərdi.

Floydun ölümü ilə bağlı dörd polis işçisi tutduqları bəzifədən azad olunub, bir polis işçisinə qarşı isə ehtiyatsızlıqdan ölüm hadisəsinə görə cinayət işi qaldırılıb.

ABŞ prezidenti Donald Tramp afroamerikalının ölümü ilə bağlı ölkəni cəmginə almış kütləvi iğtişaşları " ölkədaxili terrorizm" adblandırıb. " Paytaxtda polis məntəqələri hücumlara məruz qalıb. Linkoln və İkinci Dünya müharibəsi memoriiallarına qarşı vandalizm törədilib. Bizim ən vacib tarixi kilsələrimizdən biri yandırılıb. Kaliforniyalı zabit və afroamerikalı qəhrəman polis güllələnərək qətlə yetirilib. Bu dinc etiraz aksiyası deil. Bu əsl ölkədaxili terrordu. Günahsız insanların qanıının tokülməsi - insanlıq qarşıslnda törədilən cinayətdi" - deyə Tramp Ağ Evdəki çıxışında bildirib.

ABŞ prezidenti on illərdi başqa dövlətlərdəki səfirlikləri və xüsusi xidmət orqanlarının vasitəsi ilə həyata keçirdiyi rəngli inqilablar, dövlət çevrilişləri zamanı yüz minlərlə dinc insanın qanlarının tökülməsinidə terror aktı kimi qiymətləndirərək cinayət adlsndırıbmı? Yox, qətiyyən yox... Əksinə amerikan agentlərinin üçüncü ölkələrdə tökdükləri günahsız qanlara "biz bu ölkələrə demokratiya gətiririk" deyərək, on illərdi bu ölkələrdə vətəndaş müharibələrinin daha da qızışdırılması üçün bütün resurslarından istifadə edir.

"Ərəb Baharları" , "rəngli inqilablar" bumeranqı indi dala qayıdır və ABŞ-ın özünü vurmaqdadı. Ölkədə vətəndaş müharibəsi abı-havası görünməkdədi.

Rüstəm Hacıyev