adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Iyun 2020 10:39
48884
MARAQLI
A- A+

Yerə daha bir asteroid yaxınlaşır

İyunun 6-da "potensial təhlükəli” kateqoriyasına aid edilən asteroid Yerin yaxınlığından keçəcək.

Bu barədə NASA-da bildiriblər.

Qeyd olunur ki, 2002 NN4 adı verilən asteroidin diameteri 570 metrə çatır. Asteroid Yerə 5,1 milyon kilometr məsafədə keçəcək. Xatırladaq ki, aprelin 29-da "potensial təhlükəli” hesab olunan asteroid planetin 6 milyon kilometr yaxınlığından keçmişdi.

Ümumilikdə, Yerə təhlükəli yaxınlıqda hərəkət edən 25 minə yaxın asteroid mövcuddur.