adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Iyun 2020 23:14
14789
DÜNYA
A- A+

Lukaşenko: “Belarusda “maydan”lar olmayacaq”

Ölkədə prezident seçkiləri ərəfəsində "maydan”lar olmayacaq.

"BelTA”nın məlumatına görə, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

A.Lukaşenko dövlət təhlükəsizliyinin əsas olduğunu və ölkədə vəziyyətin qeyri-sabitləşməsinə imkan verməyəcəyini bildirib.

Ölkə başçısıhazırda ölkədə baş verənləri Ukraynada 2013-2014-cü illərdə baş verən hadisələrlə müqayisə etməməyə çağırıb.

Xatırladaq ki, Belarusda növbəti prezident seçkiləri avqustun 9-da keçiriləcək.