adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Iyun 2020 20:27
8735
SAĞLAMLIQ
A- A+

Rusiyada yaşayan məşhur azərbaycanlı həkim peyvəndin uşaqlara faydalarından danışdı

Rusiya Səhiyyə Nazirliyinin pediatrı, akademik, əslən azərbaycanlıLeyla Namazova-Baranova uşaqlara peyvəndin davamlı edilməsinin faydalarından danışıb.

Stopkoronavirus.rf-yəmüsahibə verən həmyerlimiz peyvəndin uşaqları koronavirusdan qoruduğunu bildirib.

Onun sözlərinə görə, peyvənd edilən uşaqlar virusa az hallarda yoluxurlar. Buna görə də, uşaqların peyvənd edilməsinin həyati əhəmiyyəti var.

Mütəxəssis bildirib ki, artıq peyvənd edilmiş uşaqların vaksinasiya olunmayanlara nisbətən xəstəliklərə tutulma ehtimalının az olmasısübut edilib.

L.Namazova-Baranova piylənmə və ya digər xroniki immun-iltihabi xəstəlikləri olan uşaqların koronavirusu daha ağır keçirdiyini bildirib.

Oqeyd edib ki, uşaqlarda xəstəlik hərarət, öskürək, boğaz ağrısı, yüngül diareya formasında özünü büruzə verir. Çox hallarda onların barmaqlarında donma ləkəsinə oxşayan yaralar peyda olur.

Qeyd edək ki, əslən azərbaycanlı olan Leyla Namazova-Baranova tibb elmləri doktoru, professor, Rusiyada Tibb Elmləri Akademiyasının Uşaq Sağlamlığı Elmi Mərkəzinin profilaktik pediatriya və bərpa müalicəsi Elmi-Tədqiqat İnstitutunun direktoru (USEM RTEA), elmi iş üzrə USEM RTEA direktorunun müavini, Avropa Pediatriya Assosiasiyasının prezidentidir. Onun atasıSeymur Avaz oğlu Namazov SSRİ-nin məşhur radiofiziki olub.

L.Namazova-Baranova N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.(oxu.az_