adalet.az header logo
  • Bakı 20°C
01 Iyun 2020 16:17
23034
ELM VƏ TƏHSİL
A- A+

I sinifdə oxuyacaq sağlamlıq imkanları məhdud uşaqların müayinəsinə start verilib

İyunun 1-də 2020-2021-ci tədris ilində xüsusi təhsildə I sinfə qəbul olunacaq və həmçinin təkrar müayinəsi tələb olunan sağlamlıq imkanları məhdud uşaqların müayinə olunma prosesinə start verilib.

Psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən həyata keçirilən proses sentyabrın 30-dək davam edəcək.Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı "Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronovirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə müayinə zamanı riayət olunmasına və eləcə də müayinə tarixlərinə dair təlimati məktub yerli təhsili idarəetmə orqanlarına göndərilib.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsilə cəlb olunmaları barədə qərar psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən uşaqların fiziki çatışmazlıqlarının, əqli və (və ya) psixi ləngimələrinin diaqnostikası əsasında verilir.