adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Iyun 2020 09:16
27159
MƏMLƏKƏT
A- A+

AYI VURMAQ RƏŞAD MƏCİDƏ BAHA BAŞA GƏLDİ

Dünyanın düz vaxtı şair Nazim Əhmədli Laçından Rəşad Məcidə zəng edir:

- Şair, bu yayın istisində Ağdamda nə işin var ey? Dur gəl dədə-baba yurduna, gözlərin də kef eləsin, özün də.

Rəşad da durub oturur maşına , üzü Güləbədinə – Laçına. Maşının baqajında da bir kletka «Moskovski».

Nə isə, yemək-içmək, aşıqlar, saz. Bir gün Nazim deyir ki, gəl səni aparım ova. Yaraqlanıb-yasaqlanıb çıxırlar meşələrə. Gethaget… nə ceyrana rast gəlirlər, nə cüyürə. Qabaqlarına bir ayı çıxır. Nazim o dəqiqə götürülür kəndə tərəf, Rəşad da ardınca. Nazimin dalınca qaçır-qaçır, axırda nəfəsi təngiyir və ağlı başına gəlir, fikirləşir ki, əlimdə tüfəng niyə qaçıram ey. Dayanır və ayının qoltuğunun altını verir gülləyə, ayı yıxılır.

Güllə səsinə Nazim dayanır və qayıdır geri, özü də təngnəfəs:

- Ə, qaqa, nağayırdın, ayını niyə vurdun?

- Əlimdə tüfəng, sənə baxıb niyə qaçmalıyam ki? Yaxşı elədim!

Nazim:

- Ə, mən bunu kəndə çatanda vurajeydim ey, indi şəllə, daşı kəndə qədər.