adalet.az header logo
  • Bakı 19°C
01 Iyun 2020 13:16
15257
SİYASƏT
A- A+

Zahid Orucdan müharibə anonsu

"Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi Aprel müharibəsininnəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 iləvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmağa bütün güclərini səfərbər etdikləri bir vaxtda işğalçı ölkənin inqilabi hakimiyyəti Aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmağa çalışır”.

Bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O, Ermənistanda yaranan situasiyanı təzadlı mənzərə kimi xarakterizə edib.

Bununla belə deputat qeyd edib ki, nəticə Azərbaycanın xeyrinədir.

"Əksər erməni mediasında Azərbaycanın Naxçıvanda yerləşdirdiyi "Kaplan”,"Qasırğa” və sair raket qurğuları müzakirə olunur.

Həmin raketlərin hədəfi vurma məsafəsi 120 km-dir, onun təhlükəsi haqqında silsilə yazılar gedir. Xatırladaq ki, Naxçıvandan İrəvana məsafə cəmi 42 km-dir”, - deyəZ.Oruc bildirib.

Deputat qeyd edib ki, öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi ilə ölkə başçısınınson İrəvan çıxışı arasında əlaqə axtarır:

"Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel müharibəsi ilə bağlı istintaq prosesiniizləməlidir. Bəli, yeni aprel, may, iyun döyüşləri üçün”.

Nicat Novruzoğlu