adalet.az header logo
  • Bakı 13°C
01 Iyun 2020 13:14
11181
MƏMLƏKƏT
A- A+

Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

Fərdi maskalardan istifadənin Nazirlər Klabinetinin müəyyən etdiyi yerlərdə pozulması halları ilə bağlı qərar qüvvədədir.

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik həmin yerlərdə qaydaların pozulmasına şamil ediləcək: "Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır. Biz sadəcə burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər”.