adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Iyun 2020 12:18
41016
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: TƏKLİF

Gəl, aldadaq özümüzü
aldadaq ki,
guya hər şey
çox gözəldi...

Nə həsrət var,
nə də təlaş...
nə də bizim
könlümüzdə
yaşayan eşq -
yad baxışdan
gizli, pünhan
saç ağartmır
yavaş - yavaş...

Gəl, aldadaq özümüzü
barı bu an -
bu məqamda
unudulaq,
unutduraq
biz hamıdan -
yerdən- göydən
uzaq duraq...

Xəyalların
əlçatmayan
qucağında
büsat quraq -
ikimizin
ürəyində
qocalan bu
MƏHƏBBƏTƏ! -
nə deyirsən ,
bu təklifə?..
Nə deyirsən...