adalet.az header logo
  • Bakı 11°C
31 May 2020 17:45
40907
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ..Həm də əlvida...



Min illərdi gileylənir
Gecə - gündüz pərdə simdən...
Don biçmişəm kədərimə -
Ürəyimin pərdəsindən...

Ahımı düymə etmişəm
Yaxalıq da pıçıltımı...
Bir də ki tilsim etmişəm -
Sən deyəndə açıldımı?

Kipriklərin tumurcuğu
Ağ yol salıb yanağıma...
Ruhum olub göz muncuğu -
Eşqdən gələn can ağrıma...

Üyündüyüm zaman keçir...
Qoy olsun bu da bir nida...
Unutmaq istəyən seçir -
"Xoş gəldin, həm də əlvida!"...