adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 May 2020 16:45
10780
MƏMLƏKƏT
A- A+

Bu yolda hərəkət qısamüddətli məhdudlaşdırılır

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində 01 iyun tarixində səhər saatlarından hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) Adalet.az-a məlumat verilib.

Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.