adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Iyun 2020 09:18
23377
SİYASƏT
A- A+

AQİL ABBAS: MİLLİ ŞURANIN YARANANDAN BƏXTİ GƏTİRMƏYİB

Ağdamda Qurban Pirimovun bir tarı vardı. Şöhrət naminə tar çalanlar onu almaq üçün ətək-ətək pul verirdilər. Tar üç-dörd min manat arası tarzənlərdə gəzirdi.

Ağdamın, eləcə də Qarabağın böyük sənətkarlarının müəllimi olmuş bir gözəl muğam ustası, tarzən vardı – Məşədi Nəriman adında.

Məşədiyə deyirlər:

- Məşədi, xəbərin var, Qurban əminin tarını üç min beş yüzə Mübariz müəllim aldı.



Məşədi Nəriman da başını yırğalayıb deyir:

- Ay bala, o tarın bəxti yoxdu ey, Qurban əmidən sonra hələ də bir sənətkar əlinə düşməyib.

İndi Milli Şuranın heç Qurban əmisi də olmadı. Tiflisdə yarandı, Rusiyanın xeyir-duası ilə , amma sədri Azərbaycana gəlmədi. Bir ara Moskvadan idarə elədi, sonra da yoruldu, çəkildi geri. Və Rusiya da gördü ki, boş şeydi, əlini üzdü.

Ondan sonrakı sədr də indi ABŞ-da oturub, Şuranı ordan idarə edir.

Şura üzvləri də bekarçılıqdan internetdə çayxana söhbəti edirər, təhqirin biri bir qəpik.