adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

QIŞ GÜNÜNÜN ROMANTİKASI

İRADƏ TUNCAY
59914 | 2007-12-16 21:13

Tam səmimi deyirəm, son vaxtlar çox fikirləşirəm ki, mən nə edirəm? Niyə yazıram, kimin üçün yazıram? Yəqin hardasa bir gözəllik salonu açıb ona sahiblik eləsəm, hörmətim, qiymətim bundan çox-çox artıq olardı. Yəni ac deyiləm, susuz deyiləm, oturub özüm üçün bu millətin layiqli övladları ilə bütün günü qeybət eləyim. Kimin qızı kimə qoşulub qaçıb, kimin əri kiminlə dingildəşir, kim hansı vəzifəyə keçmək üçün nə qədər yalaqlıq eləyib? İllərlə danışsaq, qurtaracaq qədər deyil. Bu millətin xoşbəxtliyi çoxşaxəlidi. Öz kütbeyinliyindən, nadanlığından, savadsızlığından və ən önəmlisi tərbiyəsizliyindən zövq alır, həm də deyir ki, sən bizdən biri olmasan çərlədəcəyik ha səni. Yəni öz halında qala bilməzsən. Hamı kimi olmalısan, hətta hiss eləyirəm ki, bəzilərinin mənə əməlli-başlı rəhmi gəlir. Məsələn, zəng edib deyirlər ki, çox romantiksiniz, xanım. Deyəsən nağıllara inanırsınız (?!)

TƏQVİM / ARXİV