adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 May 2020 12:28
8437
GÜNDƏM
A- A+

Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş müzakirəyə çıxarılıb.

Adalet.az-ın məlumatına görə, sazişdə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Müzakirələr zamanı bildirilib ki, viza məsələsinin aradan qaldırılması iki ölkə arasında turizmin inkişafına mühüm töhfə verəcək.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.