adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 May 2020 12:43
12630
HADİSƏ
A- A+

Qusarda faciə: Hasar 3 azyaşlının üstünə aşdı, biri öldü

Qusar rayonunda faciə baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun Cibir kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Valəddin Şeydayevə məxsus həyətin mişar daşı ilə hörülmüş hasarı və dəmir qapı uçub. Hadisə nəticəsində hasarın yanında olan 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva hasarın və darvazanın altında qalıb.

A.Əlisultanov hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.