adalet.az header logo
  • Bakı 18°C
31 May 2020 12:17
8417
GÜNDƏM
A- A+

Milli Məclisin deputatı xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gətirilməsini təklif edib

Milli Məclisin deputatı Hikmət Məmmədov xaricdə təhsil alan azərbaycanlı tələbələrin iyun ayı ərzində ölkəyə gətirilməsini təklif edib.

Adalet.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat qeyd edib ki, xaricdə tədrisin təxirə salınması ilə əlaqədar tələbə yataqxanalarının fəaliyyətini dayandırması səbəbindən tələbələr çətinliklərlə üzləşə bilərlər.

Onun sözlərinə görə, bu baxımdan tələbələrin öz hesabına çarter reysləri vasitəsilə ölkəmizə gətirilməsi məsələsi aktualdır:

"Azərbaycan Prezidentinin də mövqeyi belədir ki, vətəndaşlarımız xüsusi çarter reysləri ilə ölkəmizə gətirilsin. Düşünürəm ki, bu məsələni həll etmək lazımdır”.