adalet.az header logo
  • Bakı 17°C
31 May 2020 12:00
13328
HADİSƏ
A- A+

Abşeronda yük maşını 16 yaşlı oğlanı vurub öldürdü

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun Mexkalon qəsəbəsində qeydə alınıb.

1980-cı il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi "Mercedes 1317L” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolda hərəkətdə olan velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.