adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 May 2020 11:17
12854
DÜNYA
A- A+

Ermənistanda bir gündə 355 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 9 282 nəfərə çatıb.

Adalet.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 355 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 131 nəfər koronavirusdan ölüb, 5 765 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.