adalet.az header logo
  • Bakı 7°C
30 May 2020 22:39
47521
KRİMİNAL
A- A+

Maştağada istixanada marixuana əkən şəxs tutuldu - FOTO/VİDEO

Maştağa qəsəbəsində istixanada narkotik tərkiblibitkilər əkib-becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Maştağa qəsəbə sakini Əliheydər Cavadov saxlanılıb.

Ona məxsus bağ evinin həyətindəki istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, yaş halda çəkisi 11 kiloqram 415 qram olan 25 ədəd çətənə kolu və 495 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Əliheydər Cavadov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və onlara xüsusi qulluq etdiyini bildirib.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. İstintaq tədbirləri davam etdirilir.