adalet.az header logo
  • Bakı 7°C
30 May 2020 21:00
13581
İDMAN
A- A+

Rusiya klubu azərbaycanlı futbolçu ilə müqaviləni yenilədi

Rusiyanın "Ufa” klubu mayın 31-də müqaviləsi başa çatan bütün futbolçuları ilə mövsümün sonuna qədər yeni müqavilə bağlandığını açıqlayıb.

Bu barədə klubun "Twitter” hesabında məlumat yerləşdirilib.

Klub doqquz futbolçu – müdafiəçilər Danil Kruqovoy, Aleksandr Putsko, Denis Terentyev, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suxov və Pavel Alikin, həmçinin yarımmüdafiəçilər Dmitri Sısuyevl və azərbaycanlı Azər Əliyevlə müqavilənin müddətini uzadıb.