adalet.az header logo
  • Bakı 7°C
30 May 2020 18:37
14249
DÜNYA
A- A+

Diri-diri torpağa basdırılan körpə möcüzə nəticəsində sağ qaldı - VİDEO

Hindistanda diri-diri torpağa basdırılmış körpə möcüzə nəticəsində sağ qalıb.

"Daily Mail” xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında yerləşən kəndlərin birində yerli sakinlər torpağın altından ağlayan körpə səsi eşidiblər.

Ehtiyatla torpağı qazan sakinlər oradan əl və ayaqları hərəkət edən oğlan uşağı aşkar ediblər.

Körpə dərhal xəstəxanaya çatdırılıb.

Onu müayinə edən həkimlər bildirib ki, balacanın həyatına və sağlamlığına hər hansı təhlükə yoxdur.

Yerli sakinlərdən biri isə körpəni övladlığa götürmək məqsədi ilə aidiyyatı qurumlara müraciət edib.