adalet.az header logo
  • Bakı 7°C
30 May 2020 18:11
47649
KRİMİNAL
A- A+

Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı

Oğurluq etdiyinə görə tutulmuş M.Nəzərlinin və narkotik vasitə ilə tutulmuş S.Abbasovun Lənkəran rayonu ərazisində bir neçə digər oğurluq hadisələrini törətmələri də müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş M.Nəzərlinin və narkotik vasitə ilə tutulmuş S.Abbasovun ətraflarında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisində 4 həyətyanı sahədən velosiped, 4 evdən qızıl-zinət və məişət əşyaları, 1 köşkdən isə 1000 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən edilib.