adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 May 2020 13:35
14492
DÜNYA
A- A+

TRAMP ÜST-LƏ BAĞLI QƏRARINI VERDİ

"İnterfaks"ın məlumatına görə ABŞ prezidenti Donald Tramp işlərində gərəkli reformalar aparmadıqları üçün rəsmi Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatı ilə müvəqqəti olaraq bütün əlaqələrinin dayandırıldığını bəyan edib.

"ÜST tələb olunan reformaların həyata keçirilməsindən imtina etdiyi üçün bu gündən ( 29 may 2020-ci ildən) bu təşkilatla bütün münasibətlərimizi dayandırırıq və ÜST-ə ayrılacaq maliyyə vəsaitini dünyada səhiyyə sahəsinin inkişafı üçün çalışan digər istiqamətlərə yönəltməyi qərara almışıq"-deyə Donald Tramp Ağ Evdəki çıxışında bildirib.

ABŞ prezidenti qeyd edib ki, ÜST təcili reformaların həyata keçirilməsi üçün ona təklif olunan plandan imtina edib. " Baxmayaraq ki, Birləşmiş Ştatlar hər il bu təşkilata 450 milyon dollar vəsait ayırır, onlar ildə cəmisi 40 milyon dollar vəsait ayıran Çinin mövqeyini saxlamaqda davam edirlər".

Donald Tramp çıxışında bir daha Çini və ÜST-ü koronavirus pandemiyasının meydana gəlməsində və kütləvi yayılmasında günahlandırıb: "Dünya bu gün Çin hökumətinin "uhana virusu" barədə məlumatları gizlətməsinin və bununla da virusun bütün dünyaya yayılmasının əziyyətini çəkir. Nəticədə pandemiya ABŞ-da yüz mindən, dünyada isə milyondan çox insanın ölmünə səbəb oldu".

ABŞ prezidenti bildirib ki, milli mənafeləri naminə həmişə Çinlə açıq, konstruktiv münasibətlər qurmğa çalışıb. Amma Çin tərəfi verdiyi vədləri yerinə yetirməməklə həmişə münasibətlərə zərbə 
vurub.

Xatırladırıq ki, Ağ Ev əvvəllərdə koronavirus pandemiyyası dövründə Ümumdünya Səhiyyə Təşkilatını tənqid edərək, onu Çinə daha çox xidmət etməklə virusla bağlı yalnış məsləhətlər verməkdə günahlandırmışdı.

Rüstəm HACIYEV