adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 May 2020 13:26
40434
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: YAŞAYIM

Doğranmış qol-budaq ilə -
Demədin, necə yaşayım...
Bu ömrü qurbanlıq edim -
Verim ya heçə, yaşayım?!

İçimdə hakimdi qəhər
Ən ahıl sakindi - qəhər...
Yoxsa hamı tək - birtəhər -
Qoşulub köçə yaşayım?!

Ahımı düyüm sap kimi
Bir köhnə söhbət - gap kimi ...
Axtarır gözüm tap, kimi -
Gündüz, həm gecə yaşayım...

Əlimi ovcunda görüm
Canımı ovçumda görüm...
Sən məni ovsunla , görüm -
Ölüm heç - heçə ... yaşayım...