adalet.az header logo
  • Bakı 7°C
29 May 2020 23:20
32440
ŞOU-BİZNES
A- A+

Cem Yılmaz dəbdəbəli villasını satışa çıxarıb - FOTO

Türkiyənin məşhur yumoristi və şoumeni Cem Yılmaz dəbdəbəli villasını satışa çıxarıb.

Oxu.Azxəbər verir ki, populyarlıqda özündən geri qalmayan gözəl aktrisa Serenay Sarıkaya ilə yaşadığı eşq xəbərləri ilə gündəmə səs salan sənətçi Zekeriyaköydəki malikanəsinə ikimilyon dolları olan alıcı axtarır.

Hazırda Cem həmin villanı kirayə verir. Orada müvəqqəti olaraq Başakşehirli futbolçu Gael Clichy yaşayır. Futbolçu hər ay C.Yılmaza 12 min manat kirayə pulu ödəyir.

Xatırladaq ki, "2.Sayfa” maqazin proqramı karantin günlərini özündən 18 yaş kiçik Serenayla birlikdə keçirən Cemin aktrisaya evlilik təklifi etdiyi barədə xəbər yayımlamışdı. Daha sonra C.Yılmaz "Xəbərim olarsa, evlənmərəm, evlənsəm, xəbərim olar” statusu ilə yarızarafat, yarıciddi yayılan xəbərlərəmünasibətbildirib.

Qeyd edək ki, Cem Yılmaz 2013-cü ildə aktrisa Ahu Yağtudan boşanıb. Serenay Sarıkaya isə üç il yarım sevgili olduğu aktyor Kərəm Bursinlə evlənməyi düşünmədiyini demişdi.