adalet.az header logo
  • Bakı 7°C
29 May 2020 23:00
43346
KRİMİNAL
A- A+

Gəlin baldızının pullarını oğurlatdı

Türkiyənin Adana şəhərində gəlin baldızının pulunu oğurladıb.

"İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, 39 yaşlı Sezen Nisanın evindən 160 min lirə (40 032 AZN) dəyərində qızıl əşyası vəpuloğurlanıb.

Qapının qırılmadığını, açarla açıldığını görən qadın polisə pulları ona yaxın birinin oğurladığını deyib.

100 nəzarət kamerasını araşdıran polisevdən pulların S.Nisanın qardaşı arvadı İ.P. vasitəsilə oğurlandığını müəyyənləşdirib.

İ.P. və onunla əlbir olan şəxslər saxlanılıb. Polis eyni zamanda, onların üçünü avtomobildə yanaşı oturaraq, sosial məsafə qaydalarını pozduqlarına görə cərimələyib. Oğurlanan pulun bir hissəsi sahibinə qaytarılsa da, digər hissəsinin xərcləndiyi bildirilib.