adalet.az header logo
  • Bakı 7°C
29 May 2020 22:47
53476
MARAQLI
A- A+

Şahzadə və ailəsi tibb işçiləri üçün öz əlləri ilə müdafiə xalatı tikdilər

Yaponiyada şahzadə Fumihito və ailəsi tibb işçilərinə özlərinin tikdikləri 300 müdafiə xalatını hədiyyə ediblər.

Bu barədə "Ridus” xəbər yayıb.

Xeyriyyə aksiyasında 54 yaşlı vəliəhd, onun ailə üzvləri və İmperator Sarayının bir neçə əməkdaşı iştirak edib.

Belə bir kömək barədə qərar koronavirusla mübarizə aparan tibb işçilərində müdafiə kostyumları çatışmazlığı yaşandıqdan sonra verilib. Həkimlər əllərində olan materialdan özləri müdafiə vasitələri hazırlamaq məcburiyyətində qalmışdılar.

Kostyumlara pandemiya ilə mübarizə aparan bütün tibb işçilərinə minnətdarlığın ifadə olunduğu məktublar da qoyulub.

Yaponiyada ümumilikdə 16651 nəfər koronavirusa yoluxub. Onlardan 858 nəfəri ölüb, 13973 nəfəri isə sağalıb.