adalet.az header logo
  • Bakı 7°C
29 May 2020 21:45
52529
MARAQLI
A- A+

Qeyri-adi burunlu it internet ulduzuna çevrildi - FOTO

ABŞ-ın Virciniya ştatındaRiçmond şəhərinin sakini itinin dünyanın ən uzun burnuna sahib olduğuna əmindir.

"Daily Mail” xəbər verir ki,ev heyvanının qeyri-adi üz quruluşu onu internet ulduzu edib.

27 yaşlı Lili Kambourian 23 iyul 2018-ci ildə qeyri-adi uzun burunlu itəsahiblənib.

Sahibinin dediyinə görə, iki ildə Erisin (itin adı) burnu 31 santimetrə qədər böyüyüb. Ev sahibi "İnstaqgram” səhifəsi yaradaraq qeyri-adi ev heyvanının fotolarını paylaşmağa başlayıb.

Unikal görünüşü sayəsində Eris tez bir zamanda məşhurlaşıb.

"Eris ilə gəzəndə yoldan keçənlər daim bizi dayandırır və onun cinsini tapmağa çalışırlar”, - deyən sahibi pandemiya bitəndən sonra itinin dünya rekordu üçün müraciət etməyi düşünür.