adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 May 2020 21:00
12949
SAĞLAMLIQ
A- A+

Ölümcül beyin şişini müalicə edəcək dərman hazırlandı

Kanadalı alimlər ölümcül beyin şişi - glioblastomayakömək edəcək dərman hazırlayıblar.

"Cell Stem Cell” xəbər verir ki, dərman CAR T-hüceyrə terapiyasına əsaslanır.

Bildirilir ki, demək olar, bütün hallarda aqressiv müalicədən sonra glioblastoma təhlükəli olduğundan yeddi ay ərzində daha aqressiv formada təkrarlanır.

T-hüceyrə müalicəsində bədxassəli hüceyrələri tanıyan və məhv edən xüsusi bir antigenik reseptor istifadə olunur. Bu, xüsusi antigenlərə seçici şəkildə bağlanan antikor hissələriolan bir proteindir.

Bundan əlavə, xəstənin T hüceyrələri onları müəyyən bir şəkildə dəyişdirən müalicəyə cəlb olunur.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, hüceyrə terapiyasıxəstənin sağ qalma ehtimalınıartırır və şiş yükünü azaldır.