adalet.az header logo
  • Bakı 7°C
29 May 2020 12:28
41331
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BU KÖZƏ...

Məndən məni çöz, apar
Demirəm ki, çöz apar ?!
Dilimdən al . köz apar -
Qəlb isinsin bu közə...

Baxma sən. etdiyimə
Diqqət ver dediyimə...
Sev!-denən sevdiyimə -
Qəlb isinsin bu sözə....

Yol yormuş adam kimi-
Sozalıram şam kimi...
Göz -gözə....və tam kimi -
Qəlb isinsin bu gözə...

Məndən məni çözəndə...
Olacaqdı söz səndə!..
İsindiyin közdən də -
Ruhum çınqı - qor çözə!