adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 May 2020 20:19
15012
SİYASƏT
A- A+

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

Çin və ABŞ arasındakı münasibətlər son dövrlərdə yeni çətinliklərlə üzləşib.

Trend-in məlumatına görə, bunu Çinin baş naziri Li Kesyan ölkə parlamentinin 3-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, ikitərəfli münasibətlərin qaydaya salınması hər iki ölkənin maraqlarına cavab verir:

"Doğrudur ki, hazırda Çinlə ABŞ arasındakı münasbətlər yeni problemlər və çətinliklərlə üzləşib. Hər iki ölkə əməkdaşlıqdan qazanır, qarşıdurmadan isə itirir. Çin-ABŞ münasibətlərinin qaydaya salınması hər iki ölkənin maraqlarına cavab verir”.

Qeyd edək ki, Çin parlamenti bu gün Honq Konq muxtar regionunda təhlükəsizlik barədə qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsini Honq Konqun muxtariyyət statusuna təhdid kimi görən ABŞ Çinə qarşı müvafiq addımların atılacağını bildirib.